Azərbaycanlı futbolçu Vüqar Bəybalayev Gürcüstan "Telavi" klubu ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə o, şəxsi “feysbuk” hesabında paylaşım edib. 28 yaşlı yarımmüdafiəçi komanda ilə şəklini paylaşaraq, “Hər şey üçün təşəkkürlər, “Telavi” yazıb. 

Vüqar Bəybalayev bu ilin martından Gürcüstan klubunun şərəfini qoruyurdu.