"Neftçi" Çempionlar Liqasının 1-ci tənifat mərhələsi çərçivəsində Tbilisi "Dinamo"sunun qonağı olacaq.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" artıq Gürcüstan paytaxtındadır. Bu gün saat 11 radələrində paytaxtımızı tərk edən bakılılar Bakı-Tbilisi təyyarə reysi ilə qonşu ölkəyə yollanıb. Təxminən 1 saatlıq yolçuluqdan sonra mənzil başına çatan təmsilçimiz dəbdəbəli "Radisson Blue" otelində məskunlaşıb. Adı iştirak ərizəsinə salınan bütün futbolçular nümayəndə heyətinin tərkibində yer alıb.
Sabah səhər saatlarında bir qrup azərbaycanlı jurnalist mətbuat konfranslarını və oyunu işıqlandırmaq üçün Tbilisiyə yola düşəcək.
"Neftçi" bu gün axşam məşqinə çıxacaq. Sabah isə matçöncəsi son hazırlıq baş tutacaq.
Qeyd edək ki, "Dinamo" - "Neftçi" qarşılaşması iyulun 7-də, Bakı vaxtı ilə saat 20.00-da start götürəcək.