"Qarabağ"ın legioneri Filip Ozobiç karyerasını Azərbaycanda davam etdirəcək.
Bu barədə xarici mətbuatda xəbər yayılıb.
Offsideplus.az dalmatinskiportal.hr saytında yer alan məlumatı olduğu kimi diqqətinizə çatdırır: "Onu xatırlayırsınız? "Hayduk"daydı, Xorvatiyanın bütün yaş qruplarından ibarət millilərində oynayıb, sentyabrdan isə Azərbaycan yığmasının formasını geyinəcək. Filip Ozobiç 5 ildir Azərbaycanda yaşayır və vətəndaşlıq almaq üçün hər cür imkanı var. Belovarda doğulan yarımmüdafiəçi gənc yaşlarında Xorvatiya millilərinin şərəfini qoruyub, ölkənin əsas komandasında 2 oyunda meydana çıxıb. Lakin bundan sonra Azərbaycan seçməsinin uğurları üçün tər tökməyi qərara alıb".
Qeyd edək ki, 30 yaşlı futbolçu 2016-18-ci illərdə "Qəbələ"nin formasını geyinib, 2018-in yayından isə "Qarabağ"da oynayır.