Ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Keşlə" daha bir transfer reallaşdırıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, brazliyalı futbolçu Felipe Santosla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçinin son klubu Sloveniyanın 1-ci liqasında çıxış edən "Maribor" olub.