Sloveniyada hazırlıq keçən "Neftçi"nin düşərgəsində əhval-ruhiyyə yüksəkdir.
Offsideplus.az xəbər verir ki, futbolçular məşqlərdə müxtəlif əyləncəli oyunlarla diqqətləri üzərinə çəkməyi bacarır. Belə oyunlardan biri kapitan Emin Mahmudovla "vuran ayaq" Namiq Ələsgərovun arasında olub. Yığma üzvlərindən biri qapıda durub, digəri cərimə meydançası xarcində "çərçivə"yə zərbə vurub. Daha sonra yerlərini dəyişblər.
Necə deyərlər, 100 dəfə eşitməkdənsə, 1 dəfə görmək yaxşıdır. "Neftçi" TV-nin lentə aldığı həmin "çellenc"i təqdim edirik;