2021-2022-ci illər mövsümünün transfer işləmlərini davam etdirən “Qəbələ” klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Offsideplus.az xəbər verir ki, əyalət təmsilçisi Məqsəd İsayevi heyətinə qatıb. 27 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Peşəkar karyerasına “Neftçi”də başlayan futbolçu 2013-17-ci illərdə paytaxt təmsilçisinin formasını geyinib. O, 2018-ci ildə “Keşlə”, 2018-20-ci illərdə “Sabah”, ötən mövsümdə “Səbail”də çıxış edib. İsayev Premyer Liqada ümumilikdə 140 matç keçirib və 2 qol vurub.