AFFA-nın İntizam Komitəsi "Səbail"in baş məşqçisi Samir Əlliyevi cəzalandırıb.
Offsideplus.az xəbər verir ki, bu gün keçirilən iclasda Topaz Premyer Liqanın 27-ci turunda "Neftçi" ilə görüşdə hakimlər briqadasını təhqir edən gənc mütəxəssisə 5 oyunluq cəza verilib. Həmçinin, klub 4 min manat cərimə edilib.
Qeyd edək ki, "Neftçi" ilə matçın 42-ci dəqiqəsində görüşün baş hakimi Rauf Cabbarov onun qərarlarına narazılığını bildirən Samir Əliyevi texniki zonadan uzaqlaşdırıb. Lakin 39 yaşlı mütəxəssis baş hakimin göstərişinə əməl etməyərək, məşqçi skamiyasına dönüb.Yan xətt hakimindən narazı qalan baş məşqçi ona təhqiramiz sözlər işlədib. Cabbarov və 4-cü hakimin təkidindən sonra Əliyev meydanı tərk edib.