"Sumqayıt" iki futbolçusu ilə yollarını ayırıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri"nin təmsilçisi Cavid İmamverdiyev və Mehdi Şərifi ilə yola davam etməməyi qərara alıb.
Son ölkə kubokunun finalçısı xidmətlərinə görə hər iki futbolçuya təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.