Millinin Moldova ilə yoldaşlıq görüşündə zədələnən Bədavi Hüseynovun durumuna aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisinin zədəsi kifayət qədər ciddidir. Dizindən aldığı xəsarətin ciddi olması Hüseynovun yaşıl meydanlardan azı 2 ay kənar qalmasına səbəb olub. Yaxın günlərdə ediləcək növbəti müayinədən sonra ən son durum bəlli olacaq. Bədavinin Konfrans Liqasının startında komandasına kömək edə bilməyəcəyi dəqiqdir.

Bu barədə məlumatı "Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə saytımıza açıqlamasında bildirib.