"Qəbələ" "Səbail"dən ayrılan Urfan Abbasovu heyətinə qatıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Bu, "qırmızı-qaralar"ın 2021-2022-ci illər mövsümü üçün ilk transferidir.
Qeyd edək ki, 2011-19-cu illərdə “qırmızı-qara” forma geyinən Abbasov klub tarixində ən çox oyun keçirən futbolçudur. O, bütün turnirlərdə ümumilikdə 220 matçda iştirak edib.
2019-cu ildən "Səbail"in formasını geyinən Urfan, 53 oyuna çıxıb, 2 qol vurub və 2 assist ilə yadda qalıb. Urfan 2015-ci ildə debüt etdiyi Azərbaycan milli komandasında 9 oyun keçirib, 1 qol vurub.