“Maraqlı oyun alındı. Oyunun bir hissəsinə Azərbaycan, bir hissəsinə mənim komandam nəzarət edirdi. Bu qələbə bizə çox lazım idi.
Offsideplus.az xəbər verir ki, bu sözləri Moldova yığmasının baş məşqçisi Roberto Bordin millimizə qalib gədlikləri yoldaşlıq oyunundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.
"Neftçi"nin sabiq çalışdırıcısı "flqaman"ın çempionlğu barədə də danışıb:
"Bu qələbə bizə çox lazım idi. Əvvəl çalışdırdığım “Neftçi” komandasının üzvləri bu gün daha fəal idilər. Ümumilikdə, Azərbaycan komandasının oyunu xoş təsir bağışladı. Yeri gəlmişkən, sabiq komandam “Neftçi”ni çempionluq münasibətilə təbrik edirəm. Onların bu uğuruna çox sevindim”.