“Səfərdə 3 oyun keçirdik, ikisində uduzduq. Matçın əvvəlində buraxdığımız qol planlarımızı pozdu".
Offsideplus.az xəbər verir ki, bu fikirləri millimizin baş məşqçisi Canni de Byazi Moldova ilə keçirilən yoldaşlıq görüşündən sonra mətbuat konfransında səsləndirib.
İtaliyalı mütəxəssis 0:1 hesablı məğlubiyyəti belə şərh edib: "Standart vəziyyətdən qol buraxdıq. Sona qədər mübarizə apardıq. Mövsüm yeni bitdiyi üçün futbolçularım yorğun idi. Standart vəziyyətdən rəqibin təhlükəli olduğunu bilirdik. Uzun boylu oyunçuları var".
De Byazi yaxşı nəticə üçün keyfiyətin çatmadığını bildirib: "Belarusla qarşılaşmada 6 əvəzləmə oldu. Sonradan meydana daxil olanlar bizə kömək elədilər. Bu gün bu alınmadı. Oyunda 64 faiz topa sahib idik. Amma keyfiyyət çatmadı. Ötürmələrdə çox səhvə yol verdik. Bəzi anlardan daha yaxşı istifadə etməliyik. Necə ki, Moldova bunu etdi. Hətta bəzən vaxt aparmaq mənasında da".
De Byazi zədələnərək meydanı tərk edən Bədavi Hüseynovun durumu haqda deyib: "Dizində zədə var. Amma hələ dəqiq bilinmir. Bir qədər gözləməliyik".