Azərbaycan millisi bu gün təlim-məşq toplanışı üzrə sonuncu yoldaşlıq oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Moldova ilə üz-üzə gəlib. Kişineudakı "Zimbru" stadionunda baş tutan qarşılaşma 1:0 hesabı ilə moldovanların qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, yığma komanda daha əvvəl Türkiyəyə 1:2 hesabı ilə uduzub, Belarusla oyunda isə 2:1 hesabı ilə qalib gəlib.

6 iyun

Yoldaşlıq oyunu

20:00. Moldova - Azərbaycan 1:0

Qol: V.Damaşkan, 9

Kişineu, "Zimbru" stadionu

Moldova: 23. Avram, 3. Boloqan, 5. Posmak, 4. İqor Armaş (kap.), 15. İon Jardan, 22. Ratsa, 18. Dros, 17. Belousov, 14. Kostrov, 20. Platika, 9. Damaşkan

Azərbaycan: 23. Mehdi Cənnətov, 18. Anton Krivotsyuk, 4. Höccət Haqverdi, 15. Bədavi Hüseynov, 5. Maksim Medvedev (kap.), 3. Azər Salahlı, 2. Qara Qarayev, 8. Emin Mahmudov, 10. Aleksey İsayev, 11. Ramil Şeydayev, 7. Namik Ələskərov