Millimizin futbolçusu Azər Salahlı Moldova ilə yoldaşlıq oyunu öncəsi keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Salahlı sabah onları çətin matçın gözlədiyini deyib:
"Sabah bizi çətin oyun gözləyir. Moldova yığması yaxşı komandadır. Biz də görüşə ciddi hazırlaşmışıq. Yoldaşlıq matçı olsa da, bizim üçün önəmlidir. Çünki öz gücümüzü görürük. Sabah qalib gəlib, xalqımızı sevindirmək istəyirik".
O, millidə uzun müddət qalmaq üçün əlindən gələni edəcəyini vurğulayıb: "Sonradan milliyə dəvət aldım. De Byazinin gəlişindən sonra yığmada debüt etdim. Əlimdən gələni etməyə hazıram ki, burada qalıcı olum".
Qeyd edək ki, iyunun 6-da Kişineuda keçiriləcək Moldova - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.