Dünya çempionatında çıxış edəcək Polşa millisinin 35 nəfərlik ilkin heyəti açıqlanıb.
Offsideplus.az xəbər verir ki, komandanın çalışdırıcısı Adam Navalka bu siyahıdan 12 nəfərin adını çıxaracaq və 23 nəfərlik heyəti müəyyən edəcək. 61 yaşlı mütəxəssis ilkin siyahıya "Qarabağ"ın polşalı müdafiəçisi Yakub Jezniçakın adını salmayıb. 31 yaşlı futbolçu dünya kubokunda iştirak etməli olmayacaq.
Jezniçak 2008-2014-cü illərdə Polşa yığmasının heyətində 9 oyuna çıxıb.
Qeyd edək ki, Polşa Rusiyada 14 iyun - 15 iyul tarixində keçiriləcək mundialda Seneqal, Yaponiya və Kolumbiya ilə H qrupunda mübarizə aparacaq.