"Türkiyə ilə oyunda buraxdığımz səhvləri analiz etmişik. Bir neçə hücum təşkil edib qol imkanları yaratmağı bacardıq. Düşünürəm ki, bu cür oyunumuzu davam etdirməliyik".
Offsideplus.az xəbər verir ki, bu fikirləri millimizin müdafiəçisi Bədavi Hüseynov sabah Belarusla keçiriləcək yoldaşlıq oyunu üçün təşkil edilən mətbuat konfransında səsləndirib.
"Qarabağ"ın futbolçusu matçla bağlı bunları deyib:
"Qələbə üçün darıxmışıq. Komanda olaraq əhval-ruhiyyəmiz yaxşıdır. Yaxşı futbol oynayaraq nəticə qazanmağa çalışacağıq. Türkiyə ilə oyunda buraxdığımız səhvləri təkrarlamamalıyıq. Etiraf etmək lazımdır ki, standart vəziyyətlər üzərində çalışırıq. Onlarda çempionat davam etsə də, düşünmürəm ki, bu, rəqib üçün üstünlük olsun. Çünki bizdə də mövsüm yeni başa çatıb, Türkiyə ilə hazırlıq oyunu oynamışıq. Belarus millisi ilə oyun bərabər səviyyəli komandaların mübarizəsi olacaq”.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq.