FIFA-nın prezidenti Canni İnfantino "Neftçi"nin 2020-21 mövsümü üzrə Azərbaycan çempionu olmaq münasibətilə təbrik edib.

Offsideplus.az AFFA-ya istinadən xəbər verir ki, 51 yaşlı funksioner bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayevə məktub göndərib. 

Məktubda deyilir: 

"Əziz Prezident, "Neftçi"nin 2020-21 mövsümü üzrə Azərbaycan çempionu olması münasibətilə təbriklərimi qəbul edin. Bu titul, şübhəsiz ki, çox çalışmaq və mübarizənin nəticəsidir ki, klubdakı hər kəs qürur duymalıdır. Əməyi keçən hər kəsə təbriklərimi çatdırsanız çox minnətdar olaram. Onları komanda ruhu və əzmlə yollarına davam etməyi səsləyirəm.

Beynəlxalq futbol ictimaiyyətinin adından Azərbaycan və dünya futbolunda inkişaf və tərəqqidəki töhfələrinizə görə sizə və assosiasiyanıza tşəkkürlərimi bildirirəm.

Hörmətlə, Canni İnfantino".

 

FIFA Neftchi