Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Azərbaycanla keçirilən yoldaşlıq görüşündən (2:1) sonra təşkil edilən mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, 69 yaşlı mütəxəssis matçla bağlı bunları deyib:
“Komandaya yeni qoşulan futbolçuları sınamaq istəyirik. Bəzilərini riskə atmaqdan qorxuruq. Futbolçular hələ istirahət ab-havasındadırlar. Amma istənilən halda qələbə qazanmaq hər zaman gözəldir. Əsas odur ki, bir çox oyunçuları bu gün sınadır. Azərbaycan son üç oyuna qədər çətinliklə məğlub olan komandadır. Gücündən yaxşı yararlanan komandadır. Bizi səhvə vadar etdilər, təhlükəli hücumlara çıxdılar. Hesabda geri düşsək də, qələbə qazanmağı bacardıq. Rəqibin gücündən fərqli olaraq, bizim üçün dərs oldu. İtaliya, Uels, İsveçrə ilə görüşlər fərqli olacaq”.
O, oyunda zədələnən iki futbolçusunun durumunun ciddi olmadığını qeyd edib:
"Rəqib bizə çətin anlar yaşatdı. Qardaş komanda ilə dostluq görüşü keçirdik. Düzdür, iki zədəlimiz oldu. Amma çox ciddi görünmür. Bu cür matçlarda zədələnməmək önəmlidir. 224 məğlubiyyəti olan Türkiyə yığmasının 225-ci qələbəsi xeyirli olsun. Bunu Azərbaycana qarşı əldə etdik. Bunun qardaş ölkə ilə matçda reallaşmasının xatirəsi önəmli olacaq. Rəqibin bu qədər hücuma çıxacağını gözləmirdik. Bu nöqteyi nəzərdən hücumlarımızın uğurlu olduğunu deyə bilmərəm”.