"Keşlə" baş məşqçisi Sənan Qurbanovla bağlı qərar verib.
Offsideplus.az "Report"a istinadən xəbər verir ki, klub rəhbərliyi 41 yaşlı mütəxəssislə yollarına davam edəcək.
O, klubun Müşahidə Şurasının sədri Zaur Axundovla görüşdüyünü və əməkdaşlığı davam etdirməklə bağlı razılığa gəldiklərini bildirib. Qurbanovun sözlərinə görə, yaxın günlərdə 1 illik yeni sözləşməyə imza atacaq.
Qeyd edək ki, bu ilin yanvarından komandanın sükanı arxasına keçən Sənan Qurbanov "Keşlə" ilə Azərbaycan Kubokunun qalibi olub.