Azərbaycan millisi və "Sumqayıt"ın futbolçusu Mehdi Cənnətovun yeni klubu bəlli olub.

Offideplus.az xəbər verir ki, 29 yaşlı qolkiper "Zirə" ilə razılığa gəlib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bakı klubu Cənnətovla iki illik müqavilə imzalayıb.

Qeyd edək ki, M.Cənnətov daha əvvəl Rusiyanın "Anji", "Baltika" klublarında çıxış edib.