Anatoli Nuriyevdən sonra "Minay" klubunun daha bir futbolçusu Azərbaycan millisinə dəvət alıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ukrayna klubunda çıxış edən Rüstəm Əhmədzadə yığma komandaya çağırılıb. 

Anatoli və Rüstəm millinin mayın 22-dən başlayan təlim-məşq toplanışında iştirak edəcəklər. Hazırlıq prosesi müddətində 3 yoldaşlıq görüşü nəzərdə tutulub. Azərbaycan yığması mayın 27-də Alanyada Türkiyə, iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişinyovda Moldova ilə üz-üzə gələcək.