“Qələbə qazanmaq hər zaman xoşdu. Bu gün komanda şəklində yaxşı oyun nümayiş etdirdik. Qarşımızdakın rəqibə baxmayaraq, hər oyuna ciddi hazırlaşırıq.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Keşlə”nin futbolçusu Vaqif Cavadov Topaz Premyer liqasının 27-ci turunda doğma meydanda “Qarabağ”ı məğlub etdikləri matçdan(3:0) sonra jurnalistlərə açıqlamasında deyib.
“Qarabağ”ın güclü rəqib olduğunu deyən təcrübəli hücumçu yenidən milli komandaya çağırılması ehtimalı haqda da danışıb: “Qarabağ”la matçlarda Qurban Qurbanova bəziləri özünü sübut etdirmək istəyir. Biz hər oyuna həvəslə çıxırıq. “Qarabağ” mövsümün çempionudur və güclü rəqibdir. Bunu bilərək matça hazırlaşmışdıq. Oyundan-oyuna komandamız öz gücünü daha da artırmağa çalışır. Heç kimə özümü sübut etmək istəmirəm. Öz oyunumu oynayıram. Milli komandada canla-başla çıxış etməyə hazıram. Təbii ki, əsas qərar Baş məşqçi Qurban Qurbanovundur ”.(qol.az)