Bu gün “Səbail” klubunun Müşahidə Şurasının iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, iclasda 3 ildir baş məşqçi vəzifəsini icra edən Aftandil Hacıyevin namizədliyi təsdiqlənib.
Bundan əlavə, gündəlikdə duran məsələlər haqqında məlumat veriləndən sonra klub rəhbərliyi üzvlərə ötən mövsümdə görülən işlər, maliyyə göstəriciləri və nəticələr haqqında hesabat təqdim edib. Həmçinin yeni futbol ili ilə bağlı planlar və görüləcək işlər haqqında da danışılıb.
Üzvlər görülən işləri qənaətbəxşt hesab edib və yeni mövsümlə bağlı fikirlərini səsləndirib.