“Az öncə futbolçularıma dediyimi təkrarlayacam. Onlara “afərin” deyirəm. Oyuna çox ciddi yanaşmışdılar. Futbolçular çox həvəsli, prinsipial idilər, qələbəyə can atır, irəli gedirdilər. Hətta hesab bizi qane edəndə də, hücumları dayandırmırdılar. Oyunçuların futbola yanaşması çox xoşuma gəldi. Əksər hallarda belə yanaşma nəticəsini qələbə şəklində verir ki, bu gün də belə oldu. Belə düzgün yanaşmaya çox şadam".
Offsideplus.az xəbər verir ki. bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 27-ci turunda "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri oyunda sonra deyib.
Ukraynalı mütəxəssis son turun “Qarabağ”la qarşılaşmasının Bakıda keçirilməsinə etirazının olmadığını vurğulayıb: "Bu gün rəqib haqda danışa bilmərəm. Bizim komanda bir çox epizodlarda ustalıq səviyyəsini nümayiş etdirdi, qollar vurdu. Bu olmasa, heç vaxt qol vura bilməzdik. Bu məqam da sevindiricidir. Filip Ozobiçin kiçik zədəsi var. Buna görə də onun oynaması, xüsusilə də süni örtükdə meydana çıxması məsləhət deyildi. Amma hazırlığını davam etdirir və növbəti oyunda iştirakı durumundan asılı olacaq”.(qol.az)