"Qarabağ” klubunun sabiq futbolçusu Yakub Jezniçak Ağdam təmsilçisinin bu gün “Neftçi”yə qarşı keçirəcəyi çempionluq oyununa reaksiyasız qalmayıb.

Offsideplus.az xəbər verir ki, hazırda Polşanın “Visla” klubundan çıxış edən müdafiəçi İnstaqram hesabındakı paylaşımında “Qarabağ”la olan şəklini paylaşaraq, komandaya uğurlar arzulayıb:

“Bu gün böyük oyundur. Dostlarıma uğurlar”.

Qeyd edək ki, Jezniçak 2017-2019-cu illərdə “Qarabağ”da çıxış edib.