"Neftçi" - "Qarabağ" qarşılaşmasından sonra "Neftçi" rəhbərliyi bir araya gələcək.
Offsideplus.az xəbər verir ki, klubun Müşahidə Şurasının üzvləri ilə klub rəhbərliyi arasında görüş baş tutacaq. İclasın bu həftənin sonunda - mayın 21 və ya 22-də keçirilməsi nəzərdə tutulub. Görüş zamanı illik hesabata nəzər salınacaq, növbəti mövsümün büdcəsi və planları təsdiqlənəcək.
Qeyd edək ki, "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev, üzvləri Səməd Qurbanov, Fərhad Bədəlbəyli, Cəbrayıl Cəbrayılov, Mehdi Nəcəfov və Zaur Qəhrəmanov, klub prezidenti isə Kamran Quliyevdir.