İtaliya Futbol Federasiyası Roberto Mançini ilə yeni müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, millinin baş məşqçisinin bu il başa çatacaq müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər uzadılıb. Bu barədə İtaliya Futbol Federasiyasının saytında məlumat dərc olunub. Mançini yeni əməkdaşlıq çərçivəsində ilə 3 milyon avro qazanacaq.
Qeyd edək ki, Mançini 2018-ci ildən İtaliya millisini çalışdırır.