Premyer Liqamızın 26-cı turunda "Qarabağ" "Sabah" üzərində 4:0 hesablı qələbə qazanıb.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu Mahir Emreli "Sabah"la oyunda yubiley qoluna imza atıb. Belə ki, 23 yaşlı hücumçu "Qarabağ"la 70-ci qolunu vurub.
2015/16 mövsümündən “Qarabağ”da çıxış edən Mahir, bu qollardan 58-ni Premyer Liqa, 7-sini ölkə kuboku, 5-ni avrokuboklarda rəqib qapısından keçirib.
Qeyd edək ki, "Sabah"la oyunda fərqlənən Emreli, cari mövsüm Premyer Liqada vurduğu qolların sayını 17-yə çatdırıb. Bununla da o, karyerasının mütləq rekorduna imza ataraq, 16 qola vurduğu 2018/19 mövsümündəki göstəricisini arxada qoyub.