Azərbaycan birinci divizionunda 2017-2018 mövsümünün qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Offsideplus.az xəbər verir ki, sonuncu turun "Şüvəlan" - "Xəzər" oyunundan (2:0) sonra öncə "Şüvəlan"ın üzvlərinə bürünc, ardınca "Qaradağ Lökbatan"ın futbolçularına gümüş medallar verilib. Sonda isə çempionatı ilk pillədə başa vuran "Xəzər"ə qızıl medallar və kubok təqdim olunub.

 Qeyd edək ki, mükafatlar Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tərəfindən təqdim olunub.