Azərbaycan birinci divizionunda 2017-2018 mövsümünə yekun vurulub. 

Offsideplus.az xəbər verir ki, sonuncu - 27-ci turda çempionatın bürünc medalçısı da müəyyənləşib. "Şüvəlan" "Xəzər"i 2:0 hesabı ilə məğlub etməklə cari mövsümü 3-cü pillədə başa vurub.

Qeyd edək ki, "Xəzər" 1-ci, "Qaradağ Lökbatan" 2-ci olub.

 11 may

“Şüvəlan” – “Xəzər” – 2:0
Qollar:
 Murad Musayev, 18; Mübarək Şaquliyev, 21

“Qaradağ Lökbatan” – “Ağsu” – 0:1
Qol
: Bəhlul Əliyev, 14

“Binə” – MOİK – 2:3
Qollar:
 Seymur Abdullayev, 16; Əliağa Xudiyev, 86 // Bəhruz Teymurov, 21; Kamil Hüseynov, 35 (ö.q.); Mirkamil Əliyev, 75

“Sabah” – “Mil-Muğan” – 4:1
Qollar:
Raul Yaqubzadə, 28, 47; Məhəmməd Alıyev, 40; Bayram Nuruzadə, 64 // Afin Bağırov, 87