Araz Abdullayev mövsümün sonunda Cənubi Kiprin "Anortosis” klubundan ayrılacaq.
Offsideplus.az xəbər verir ki, Cənubi Kipr klubu 26 yaşlı yarımmüdafiəçinin transfer hüqununu "Qəbələ"dən almaqdan vaz keçib. Bunun səbəbi isə müqavilədə göstərilən 150 min avroluq təzminat məddəsidi. Bu məbləğin çox olduğunu düşünən kiprlilər transferdən imtina edib.
Sayt Arazın yeni klubunun adını da açıqlayıb. İddia olunub ki, Abdullayev "Qəbələ"yə qayıtmayacaq və gələn mövsüm "Neftçi"nin formasını geyinəcək.
Qeyd edək ki, Araz icarəyə verildiyi "Anortosis”in heyətində meydana çıxdığı 33 rəsmi matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.(Fanat.az)