AFFA Azərbaycan Kubokunun final oyununa azarkeşlərin buraxılması xahişi ilə Nazirlər Kabineti yanında Operativ qərargaha müraciət edib.

Offsideplus.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.

O, müraciətdə azarkeş sayı ilə bağlı konkret rəqəm göstərmədikləri bildirib: “Say deməmişik. Yazmışıq ki, nə qədər mümkündürsə, o qədər tamaşaçının buraxılması üçün imkan daxilində kömək edin. Müsbət cavab gələcəyini gözləyirik”. (Report)