“Oyun ciddi hazırlaşmışdıq. Rəqibin oyununu təhlil etmişdik. İtkilərimiz oldu, amma oynaya biləcək futbolçularımız var".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev Premyer Liqanın 25-ci turunda "Sumqayıt"la keçirilən görüşdən sonra mətbuat konfransında deyib.
O, səfərdə qazanılan 2:0 hesablı qələbəni belə şərh edib: "Futbolçulara minnətdaram. 7-8 oyunçumuzun olmamasına baxmayaraq, qələbə qazandıq. Komandada zəif futbolçu yoxdur. Bu gün hər kəs yaxşı tərəflərini göstərdi".
R.Quliyev oyunda zədələnən müdafiəçi Bəxtiyar Həsənalızadənin durumu haqda isə deyib: "10 gün əvvəl məşqlərə başlamışdı. Hələ durumunu bilmirik. Tibbi müayinədən sonra məlum olacaq”.(Report)