Azərbaycan Premyer Liqasının 25-ci turunda "Neftçi" səfərdə "Keşlə"yə 3:0 hesabı ilə qalib gəlib.

Offsideplus.az xəbər verir ki, ikinci qolun müəllifi Keysuke Honda oyundan sonra Tvitter hesabında paylaşım edib. Yaponiyalı ulduz, "Just one goal, but one goal" (Yalnız bir qol, ancaq necə qol) deyə qeyd edib. 

Qeyd edək ki, bu Hondanın Azərbaycan Premyer Liqasında vurduğu ilk rəsmi qolu olub.