"Qarabağ" "Zirə"nin müdafiəçisi ilə maraqlanır.
Offsideplus.az etibarlı mənbədən əldə etdiyi məlumata əsasən xəbər verir ki, Qurban Qurbanov "qartallar"ın serb müdafiəçisi Nemanya Andelkoviçə göz qoyub. Ölkəmizdə bu ildən oynamağa başlayan 24 yaşlı futbolçunun zirəlilərlə müqavilə müddətinin yayda başa çatması ağdamlıların işini rahatlaşdırır. Nemanyanın müdafiə xəttindəki sərbəst oyunu Qurbanovun diqqətini çəkib. Üstəlik, yaşının 24 olması da müəyyən mənada sözünü deyir.
Qeyd edək ki, Andelkoviç fevraldan bu yana "Zirə"nin heyətində meydana çıxdığı 15 oyunda 2 qol vurub.