"Səbail"də üzlər gülür.
Səbəb məşqçi və futbolçu heyətinin əlinə pul dəyməsidir.
Offsideplus.az xəbər verir ki, sonuncu dəfə yanvar ayının maaşını alan kollektiv üzvləri bu gün fevral ayının məvacibinə sahib olub. Digər klublarda aprelin əməkhaqqısı gözlənildiyi halda, "Səbail"də fevralın puluna görə sevinirlər. Martda çəkilən zəhmətin nə vaxt dəyərləndiriləcəyi haqda dəqiq məlumat verilmir.
Qeyd edək ki, "dənizçilər" 21 xalla Premyer Liqanın turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.