Mövsüm bitmək üzrə ikən ölkə çempionu "Qarabağ” aparıcı oyunçuları ilə yeni sözləşmələr barədə müzakirələr aparır.
Offsideplus.az xəbər verir ki, ağdamlılar müqaviləsi başa çatan əksər legionerləri ilə razılıq əldə edib. Artıq karyerasının sonlarını yaşayan Ansi Aqollinin komandada qalıb-qalmayacağı da dəqiqləşib. "Qarabağ”ın qazandığı bütün ciddi uğurlarda pay sahibi olan 36 yaşlı alban müdafiəçi ilə yeni anlaşmaya qərar verib. Böyük ehtimalla, yeni müqavilənin müddəti 1 il olacaq. 8 ildir ki, Ağdam klubunun uğurları üçün çalışan Albaniya millisinin kapitanından başqa, Dani Kintana da yeni mövsümə "atlılar”ın heyətində başlayacaq. İspan yarımmüdafiəçi iki illik müqavilə təklifini qəbul edib və tərəflər arasında anlaşma əldə edilib. 2015-ci ildən "Qarabağ"da top qovan 31 yaşlı futbolçu maaş məsələsində istədiyinə nail olub.
Əlavə edək ki, "Qarabağ" Riçard Almeyda ilə də müqaviləni uzadıb. (Futbol11.az)