Hesabat turunun "Neftçi" - "Sabah" (2:2) qarşılaşmasında yaşananlar hələ uzun müddət danışılacaq.
3 penalti, bir o qədər qırmızı vərəqə, hesaba alınmayan qol, "havada uçuşan" sarı vərəqələr...
Offsideplus.az xəbər verir ki, hakimin oyundan sonra Sabir Buqrinə göstərdiyi "sarı" "29 nömrə"yə ağır başa gəlib. Belə ki, Buqrin bununla da vərəqə limitini doldurub ki, növbəti turda "Keşlə"ylə görüşdə meydana çıxa bilməyəcək.
Qeyd edək ki, "Keşlə" - "Neftçi" qarşılaşması mayın 3-ü, saat 18.00-da başlayacaq.