Aprelin 21-də ölkə çempionatında yarımfinal mərhələsinin ilk görüşləri baş tutacaq.
"Keşlə" "Zirə"ni qəbul edəcəksə, son çempion "Qarabağ" kubokun sonuncu finalçısı "Sumqayıt"la üz-üzə gələcək.
Offsideplus.az xəbər verir ki, ağdamlılar "kimyaçılar"la duelə ciddi itkilərlə çıxacaq. "Səbail"lə matçda zədələnən Filip Ozobiçin mövsümü erkən başa vurması haqda məlumat vermişdik. Şahruddin Məhəmmədəliyevin də həmin görüşdə 2-3 həftəlik sıradan çıxdığını bilirsiniz. Mahir Emreli isə kollektiv çalışmalara başlasa da, hələ də oynamağa hazır deyil. Milli üzvünün bərpa prosesi müəyyən vaxt alacaq.
Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" qarşılaşması çərşənbə günü "Kapitan Bank" arenada keçiriləcək ki, görüşün start fiti saat 20.30-da çalınacaq.