Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində baş tutmuş “Sabah” – “Qəbələ” oyunu Filip İvanoviç üçün əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, serbiyalı futbolçu "tələbələr"in heyətində Premyer Liqada yubiley – 50-ci oyununu keçirib.
Filip bu göstəricidə yalnız həmyerlisi Saşa Stamenkoviçdən geri qalır. Serbiyalı qolkiper “Sabah”ın heyətində Premyer Liqada ən çox oyun keçirən futbolçudur - 55 oyun.