Azərbaycan Premyer Liqasının 21-ci turunda “Sumqayıt”a 0:2 hesabı ilə uduzan “Neftçi”nin iki aparıcı futbolçusu cəzalı duruma düşüb.
Offsideplus.az xəbər verir ki, "flaqman"ın qvineyalı yarımmüdafiəçisi Mamadu Kane və çempionatın bombardiri Namiq Ələsgərov bu görüşdə mövsümdə 4-cü sarı vərəqəsini alıb. Kaneyə 25, Namiqə isə 72-ci dəqiqədə rəsmi xəbərdarlıq edilib.
Beləliklə, hər iki futbolçu 22-ci turda “Qəbələ” ilə səfər oyununu buraxmalı olacaq.