Türkiyə millisində koronavirusa yoluxanların sayı 13-ə çatıb.
Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Fortuna" klubunda çıxış edən Kenan Karamanın testi müsbət çıxıb. Hücumçu klubuna qayıtdıqdan sonra karantinə alınıb.
Qeyd edək ki, Kenandan öncə İrfancan Kahveci, Nazım Sanqare, Merih Demiral, Zeki Çelik, Cenk Tosun, Kaan Ayhan, Dorukhan Toköz, Taylan Antalyalı, Emre Kılınç və adı açıqlanmayan daha 3 nəfər virusa yoluxduqları üçün heyətdən çıxarılıblar.