UEFA 2022-ci il dünya çempionatının seçmə mərhələsinin III turundan sonra statistik göstəriciləri açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisi və "Qarabağ"ın futbolçusu Şahruddin Məhəmmədəliyev ilk oyunlardan sonra ən çox qurtarış edən iki qapıçılar arasındadır. Aktivində 19 "seyv" olan 27 yaşlı qolkiper Portuqaliya ilə oyunda (0:1) 14, Serbiya ilə qarşılaşmada isə (1:2) 5 qurtarışla yadda qalıb.
İkinci yerdə 3 oyuna 19 qurtarış edən San Marino qapıçısı Elia Benedettinidir. Cəbəllütariqin çərçivə qoruyucusu Deyl Kilinq isə 18 "seyv"lə üçüncü pillədə qərarlaşıb.