Futbol üzrə DÇ-2022-nin seçmə mərhələsinin III turunun ilk günündən sonra statistik göstəricilər bəlli olub.

Offsideplus.az UEFA-ya istinadən xəbər verir ki, Azərbaycan millisi və "Qarabağ"ın oyunçusu Şahruddin Məhəmmədəliyev Avropanın ən yaxşıları sırasına düşüb. Ən çox qurtarış edən qapıçılar arasında ilk pillədə qərarlaşan 26 yaşlı qolkiper aktivinə daha 5 seyv yazıb.

 

Ümumilikdə 14 dəfə qapısını toxunulmaz saxlayan Şahruddin bununla da qurtarış sayını 19-a çatdırıb.