"Neftçi"nin futbolçusu Sabir Buqrin klubun rəsmi telelanalına açıqlama verib.
Offsideplus.az xəbər verir ki, bir müddət öncə ailə həyatı quran 24 yaşlı yarımmüdafiəçi həyat yoldaşının da onunla Bakıya gəldiyini bildirib:
"Hazırda həyat yoldaşım da mənimlə Bakıya gəlib. Onun yanımda olması məşqlərə və oyunlara köklənməyə yardım edəcək".
Buqrin aprelin 4-də "Sumqayıt"la baş tutacaq oyuna yüksək əhvalla hazırlaşdıqlarını bildirib:
"Bir neçə günlük fasilədən sonra ağır məşqlərlə məşqlərimizi bərpa etdik. Hamı fasilədən sonra bir-birlərini yenidən görməyə şad idi. Hamı yüksək əhval ruhiyyə ilə məşqləri bərpa edir. Hazırda millinin düşərgəsindən qayıdan futbolçular komandaya qoşulurlar. İnanıram ki, birgə səyimiz nəticəsində növbəti oyun yaxşı nəticə qazanacağıq".