"Neftçi" bu gün təlim məşq toplanışına çıxıb.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar"ın futbolçusu Keysuke Honda klubun telekanalına açıqlama verib.
"Gəldiyimiz gündən bəri hamı mənə yaxşı rəftar göstərir. Hamıdan diqqət görürəm, bu mənə xoşdur. Məşqlərə gəldikdə isə, yaxşı uyğunlaşıram. İlk oyunuma da çıxdım. Deyərdim ki, komanda bazar günü baş tutacaq oyuna hazırdır.
35 yaşlı oyunçu aprelin 4-də "Sumqayıt"la keçirəcəkləri oyundan söz açıb:
"Əlbəttə ki, rəqib komandanın oyunlarını özüm üçün analiz etmişəm. Necə komandaya qarşı oynayacağımızı bilirəm. Aqressiv çıxış edirlər. Bütün bunları görəndən sonra matçın çətin keçəcəyini düşünürəm. Çempionatın son 8 turuna da hazıram. Amma 100 faiz formada olmaq üçün vaxt lazımdır. Baş məşqçi şans versə, komandama kömək etməyə hazıram".
Ulduz futbolçunun sözlərinə görə, komandasının çempionluq üçün böyük şansı var: "Bu şansdan yararlanmalıyıq. Səviyyəmiz də qalib olmağa imkan verir. Heyətdə təcrübəlilərlə yanaşı, gənc futbolçular da var. Hamımız birlikdə sonadək mübarizə aparmalıyıq. Təcrübəli futbolçular gənclər üçün nümunə olmalıdır".