"Neftçi"nin yeni transferi Keysuke Honda rəsmi oyunda meydana çıxmasa da, yoldaşlıq görüşündə ağ-qara formanı geyinib, hətta qol hesabını da açıb.
Heç şübhəsiz, ulduz futbolçunun performansı həm də özünü Azərbaycanda, dəqiq desək, Bakıda necə hiss etməsindən asılı olacaq. İtaliya, Hollandiya, Rusiya, Brazliya kimi böyük və tanınmış ölkələrdə top dalınca qaçmış tanınmış futbolçu üçün Azərbaycan adlı ölkə yeni səhifədir. Üstəlik, bura çox çətin dönəmdə - koronavirusa görə bəzi qadağaların tətbiq olunduğu vaxtda gəldi.
Offsideplus.az xəbər verir ki, Hondanın darıxmasına gərək yoxdur. Yapon ulduz gününü əsasən məşqdə və kirayələdiyi evində keçirir. Evdə dincəldiyi vaxtda isə telefon əlindən düşmür. Belə ki, Keysukenin ən çox sevdiyi sosial şəbəkə "Tvitter"dir. Asudə vaxtlarını əsasən bu platformada keçirir. Gündə azı 1 paylaşım edir, müxtəlif paylaşımlara münasibət bildirir.
Qeyd edək ki, Hondanın 2017-ci ildən istifadə etdiyi "Tvitter"dəki izləyicilərinin sayı 1 milyondan çoxdur.