"Keşlə"nin futbolçusu Pərdis Fərcad-Azad Offsideplus.az-a müsahibə verib.
- Yaxşı oynadıq. İkinci hissədə daha yaxşı idik. 1:1 hesabı layiqli nəticədir. Hər iki komanda qələbə qazana bilərdi. Qol şansları da çox oldu.
- Finalda da bu komanda ilə qarşılaşacaqsınız... Həmin oyunu necə dəyərləndirirsiniz?
- Final bir az başqa cür olacaq. Hər iki komanda o oyuna çox həvəsli çıxacaq. Final matçı hər zaman başqa olur.
- Həlledici görüşün "Qəbələ”də olması rəqib üçün üstünlükdürmü?
- Xeyr. Elə fikirləşmirəm. Stadion da böyük deyil. Azarkeş də çox olmayacaq.
- Final şanslarınızı necə dəyərləndirirsiniz?
- Şanslar bərabərdir. Hər iki komandanın şansı var. Finalda hər şey ola bilər.
- Bu gün "Keşlə” tam gücü ilə çıxış etdi?
- Biz hər zaman öz oyunumuzu oynayırıq. Oyunumuzda heç nə dəyişmir.
- Müqaviləniz mövsümün sonu başa çatır. Yeni təklif olubmu?
- O barədə danışmamışıq. Mənə 1-2 klubdan təkliflər var.
- Həmin komandalar yerli klublardır, yoxsa?
- Yerli və xarici klublarda təkliflər almışam.
- Hansı ölkə olduğunu açıqlaya bilərsiniz?
- Xeyr. Açıqlamaq istəmirəm.
- Bu oyundan öncə istirahət etmişdiniz. Deyəsən, bu komandaya yaxşı təsir edib.
- Bəli.
- Start heyətdə niyə meydanda deyildiniz?
- Həqiqətən bilmirəm. Mən meydana çıxmağa hazır idim. Bundan əvvəlki oyunda oynamadım. Zədəli idim. 3 gündür məşq edirdim. Bəlkə ona görə, məşqçi bu qərarı verib. Növbəti oyunda da oynamaq istəyirəm.
- "Keşlə” yüksəlişdədir. Bunun səbəbini nədə görürsünüz?
- Baş məşqçi komandanın sistemini dəyişib. Komandaya yaxşı oyunçular da gəlib. Fikirləşirəm ki, onun da təsiri var. Maliyyə vəziyyəti də düzəlib.
- Yuri Maksimovun qalmasını istəyərsənmi?
- Əlbəttə.