Millimizin qapıçısı Emil Balayev Qətər yığması ilə keçiriləcək beynəlxalq yoldaşlıq oyunundan əvvəl təşkil edilən mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı qolkiper onları çətin oyunun gözlədiyini bildirib:

“Çətin bir komandaya qarşı oynayacağıq. Qətər millisi həm fiziki, həm də taktii cəhətdən yaxşı komandadır. Xeyli müddətdir eyni məşqçinin rəhbərliyi altında çıxış edirlər. Portuqaliya ilə müqayisədə Qətər millisinin oyun üslübü haqda az informasiyaya malikik. Bu da oyun ərzində bizə müəyyən çətinliklər yarada bilər. Hər halda, yaxşı nəticə qazanmaq üçün baş məşqçinin tapşırıqlarını maksimum yerinə yetirməyə çalışacağıq”.

Qeyd edək ki, martın 27-də Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.