"Neftçi"nin futbolçusu Keysuke Honda Kamboca millisi ilə anlaşmasının müddətini uzadacaq.
Offsideplus.az "Sport Cambodia" saytına istinadən xəbər verir ki, Kamboca Futbol Federasiyası və yaponiyalı ulduz arasında ilkin razılıq əldə olunub.
Belə ki, 35 yaşlı yarımmüdafiəçi daha 2 il yığmanın baş meneceri vəzifəsində çıxış edəcək. O, həmçinin ölkənin U-23 millisinin də sükanı arxasındadır.
Xatırladaq ki, Keysuke Honda "Neftçi" ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.